"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin komandanın Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçirəcəyi oyunla bağlı fikir bildirib. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları deyib:
"Krasnodar"ı çox çətin rəqiblə oyun gözləyir. Azərbaycan çempionatında "Qarabağ" adlı komanda var, oyun üslubuna görə krasnodarlılarla oxşardı. Mən bu görüşdə çox qol gözləməzdim. Böyük ehtimalla bu, bərabər səviyyəli, gərgin bir qarşılaşma olacaq. "Krasnodar" üçün əsas rəqibə yuxarıdan aşağı baxmamaqdı. "Qəbələ" çox sabit layihədi. Bunu həm sərgilənən oyuna, həm futbolçuların bir-birinə uyğunlaşmasına, həm də rəhbərliyə aid etmək olar. Klubun sahibləri bu komandanı uğurlu və ağıllı şəkildə inkişaf etdirirlər".
Fanat.az