21:50 01.09.2013 834

"İnter"ə qardaş şilləsi, "Qarabağ"ı AZAL dayandırdı

Bu gün Topaz Premyer Liqasında V tura yekun vuruldu. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutdu və hər ikisi Bakıda keçirilməklə yanaşı, eyni saatda - 20.00-da başladı.


Bunlardan birində "Qarabağ" AZAL-ı qəbul edib. Avropa Liqasında Almaniya Bundesliqasında çıxış edən "Ayntraxt"a iki oyunun nəticəsinə görə 1:4 hesabı ilə yenilən Qurban Qurbanovun komandası bundan əvvəl "Qəbələ"ni səfərdə, özü də ikinci heyətlə məğlub etmişdi. Ağdam klubu Premyer Liqanın bütün oyunlarını 3 xalla başa vurmuşdu. AZAL isə son 3 turda qələbə qazanmışdı. Bu dəfə "Qarabağ"ın qələbə qazanacağı və AZAL-ın qələbə seriyasına son qoyulacağı gözlənilirdi.


Amma Vaqif Sadıqovun komandası bütün proqnozları alt-üst etdi. 21-ci dəqiqədə Branislav Arsenyeviçin zərbəsi dəqiq oldu və AZAL 1:0 hesablı qələbə qazandı. Bununla da "təyyarəçilər" "Qarabağ"ı turnir cədvəlinin birinci pilləsindən endirib, zirvəyə yüksəldi.


Və nəhayət, turun son oyununda "İnter" "Simurq"u qəbul etdi. Eyni mənbədən maliyyələşən "qardaşlar"ın oyununda yenə "bankirlər"in qalib gələcəyi gözlənilirdi. İlk 3 turda məğlub olan və ötən tur "Rəvan"ı yenən "İnter" cari mövsümdə yetərincə xal itirdiyindən Kaxaber Tsxadadzenin komandasının 3 xala ehtiyacı var idi ki, bunu da "Simurq"un onlara verəcəyi deyilirdi. Lakin "qardaşlar"ın bu dəfəki dueli fərqli sonluqla bitdi.


Hesabı 31-ci dəqiqədə "İnter"in 20 yaşlı üzvü İlqar Ələkbərov açdı. 78-ci dəqiqədə Draqan Çeran bərabərliyi təmin etdi. 89-cu dəqiqədə isə Raul Kostin "Simurq"un qələbə qolunu vurdu. Bununla da Zaqatala klubunun baş məşqçisi Georgi Çixradze həmyerlisi və müəllimi Kaxaber Tsxadadzenin postunu silkələmiş oldu.


Premyer Liqa

2013/14 mövsümü

V tur


1 sentyabr

Qarabağ - AZAL 0:1

Qol: Branislav Arsenyeviç, 21.

Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 71), 9. Reynaldo, 11. Nikolas Gelaşvili (88. Ulriş Kapolonqo, 60), 14. Rəşad Sadıqov (k), 16. Leroy Corc (17. Vüqar Nadirov, 60), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 24. Admir Teli.

Baş məşqçi: Qurban Qurbanov.

AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskars Klava, 17. Viktor İbekoyi (30. Yuri Fomenko, 83), 18. Samuel Barlay (28. Emin Cəfərquliyev, 62), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 90), 32. Vladimir Boqdanoviç.

Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.

Baş məşqçi: Vaqif Sadıqov.

Sarı vərəqələr: Riçard Almeyda, 45+1 (qeyri-idman hərəkəti). Maksim Medvedev, 69 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 72 (hakimin qərarına etiraz). Qara Qarayev, 84 (qeyri-idman hərəkəti). Rəşad Sadıqov, 87 (qeyri-idman hərəkəti) - Oskar Klava, 10 (qeyri-idman hərəkəti). Aleksandr Şemonayev, 25 (qeyri-idman hərəkəti). Aylton, 43 (qeyri-idman hərəkəti). Samuel Barlay, 57 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 58 (sistematik qayda pozuntusu).

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.

AFFA nümayəndələri: Ramiz Mustafayev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

"Bakcell Arena". 1500 tamaşaçı.


İnter - Simurq 1:2

Qollar: İlqar Ələkbərov, 32 - Draqan Çeran, 78. Raul Kostin, 89.

İnter: 96. Elşən Poladov, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (77. Flavio Bek, 13), 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 62), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 44. Joao Paulo, 70. Vaqif Cavadov (k).

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Samir Zərgərov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 8. Patrik Osiako (30. Raul Kostin, 70), 11. Draqan Çeran, 15. Stepan Polyak (22. Salif Ballo, 64), 18. Tural Axundov, 19. Orxan Səfiyaroğlu (10. Rəşad Eyyubov, 54), 28. Nenad Kiso, 77. Nicat Qurbanov.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 20. İdan Vaytsman.

Baş məşqçi: Georgi Çixradze.

Sarı vərəqələr: Aleksandr İaşvili, 13 (qeyri-idman hərəkəti). Brüs Abdulaye, 44 (qeyri-idman hərəkəti). Baçana Tsxadadze, 75 (hakimin qərarına etiraz) - Patrik Osiako, 17 (qeyri-idman hərəkəti). Stepan Polyak, 40 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov.

AFFA nümayəndələri: Eldar Qasımov.

Hakim-inspektor: Fazil Mürşüdov.

"Şəfa" stadionu. 600 tamaşaçı.


1

AZAL

5

4

0

1

6-5

12

2

Qarabağ

5

4

0

1

10-3

12

3

Neftçi

5

3

1

1

7-4

10

4

Qəbələ

5

3

0

2

8-6

9

5

Bakı

5

3

0

2

12-3

9

6

Simurq

5

2

1

2

4-5

7

7

Sumqayıt

5

1

1

3

4-9

4

8

İnter

5

1

0

4

10-10

3

9

Rəvan

5

1

0

4

2-14

3

10

Xəzər L

5

0

3

2

1-5

3

 


Bombardirlər: Cavid Hüseynov (Bakı) - 4 qol. Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi, Baçana Tsxadadze (İnter) - 3 qol.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X