"Qəbələ" çox yaxşı komandadır. Bu oyunda meydanda yaxşı futbol gördük. Son dəqiqələrdə fərqləndik, amma bir neçə qol da vura bilərdik".
Fanat.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Qəbələ" hücuma keçdiyində müdafiədə boşluqlar olurdu. Amma bizim üçün asan oyun olmadı. İlk 20-30 dəqiqədə bir neçə qol vura bilərdik. Qələbəyə görə şadıq" - deyə Kononov bildirib.
O, komandasını həm çempionat, həm kubok, həm də Avropa Liqasında çətin oyunlar gözlədiyini bildirib.
Fanat.az