"Qəbələ"nin futbolçusu Fakundo Pereyra "Krasnodar"la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, o, oyundan sonra bunları deyib:
"Elə bir matç idi ki, oyun ərzində şans hər iki komandaya tərəf dönürdü. Biz də qalib gələ bilərdik, onlar da. Amma Dodonun vurduğu ikinci qolun oyundankənar vəziyyət sayılması mənə çatmadı. Belə bir matçdan xalsız ayrıldığımız üçün çox məyusuq. Rəqib komandanın müdafiə xəttində boşluqlar çox idi. Kim necə düşünür bilmirəm, amma biz bu matçda zəif çıxış etmədik. Ola bilər ki, ilk hissədə oyuna kifayət qədər köklənə bilməmişdik. Amma ikinci hissədə öz səhvimizi düzəltdik. Demək olar ki, matçın ikinci hissəsi bizim nəzarətimiz altında keçdi. Hətta bir neçə qol imkanımız da oldu. Amma əks hücumlardan istifadə edə bilmədik. Çalışacağıq buraxdığımız səhvlərin üzərində işləyək. Qarşıdakı matçlara daha yaxşı hazırlaşmalıyıq".
Fanat.az