"Rəvan"ın baş məşqçisi Emin Quliyev AZAL-la oyundan sonra mətbuat konfransına qatılmayıb. Fanat.az xəbər verir ki, PFL-in rəsmi saytı onun səhhətindəki problemləri əsas gətirdiyini yazıb. AFFA İntizam Komitəsi buna görə onu cərimələyəcək.
"Rəvan"dan məşqçi Rövşən Babayev mətbuat konfransına qatılaraq fikirlərini bildirib: "Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq".
Fanat.az