"Zirə" daha bir futbolçu sifariş edib. Fanat.az хəbər verir ki, Premyer Liqanın debütantı Dieqo Souzanın adını PFL-ə təqdim edib.
Braziliyalı futbolçu yayda "Xəzər Lənkəran"la anlaşmışdı. Amma FIFA Lənkəran klubuna qoyduğu transfer qadağasını götürmədiyi üçün "Zirə"yə üz tutmuşdu. Artıq Souzanın transfer vərəqi gəlib və sifariş olunub.
Braziliyalı yarımmüdafiəçi yeni klubunda 33 nömrəli formanı geyinəcək. Dieqo bu gün "Neftçi"yə qarşı oynaya biləcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol