Premyer Liqanın VII turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” tam heyətlə hazırlıq keçə bilmir. Fanat.az xəbər verir ki, komanda sentyabrın 30-dan etibarən doğma şəhərdə hazırlıq keçib.
Heyətin iki üzvünün zədə səbəbindən qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəyi gözlənilir. Ötən tur Lənkəranda keçirilən “Zirə” ilə oyunda zədələnərək əvəzlənən Rasim Ramaldanovdan başqa Orxan Əliyev də məşq zamanı dizində güclü ağrılar hiss edib. Onların Qəbələ şəhər stadionunda meydana çıxıb-çıxmayacaqları oyunun başlama saatına az qalmış dəqiq bilinəcək.//12cioyuncu.info
Fanat.az