"Qəbələ" Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"ı qəbul edir. Fanat.az хəbər verir ki, meydan sahiblərinin azarkeşləri oyundan əvvəl qonaq komandaya maraqlı jest edib.
Belə ki, "qırmızı-qaralar"ın fanatları matçın startından əvvəl öz komandaları ilə yanaşı, "Xəzər Lənkəran"ın oyunçularına da dəstək veriblər. "Qəbələ"lilərin "Xəzər Lənkəran"ın buraya, əllər havaya" çağırışı cavabsız qalmayıb. Qonaq futbolçular onların yanına gedərək rəqib azarkeşləri alqışlayıb.
Fanat.az