“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov "Qəbələ" ilə oyundan sonra (0:6) mətbuat konfransına qatılmayıb. Fanat.az xəbər verir ki, PFL-in rəsmi saytının yaydığı xəbərə görə, buna səbəb onun səhhətində yaranmış problemlər olub. AFFA İntizam Komitəsi Hüseynovu cəzalandıracaq.
"Xəzər Lənkəran"dan jurnalistlərin qarşısına məşqçi: Vidadi Hüseynov çıxıb: "2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol