Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Zirə" ilə oyunun 47-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub.
"Rəvan"ın baş məşqçisi Emin Quliyev AZAL, "Xəzər Lənkəran"ın çalışdırıcısı Yunis Hüseynov "Qəbələ" ilə oyundan sonra mətbuat konfransına qatılmayıb. Hər iki klub bu səbəbdən 1000 manat cərimələnib.
"Sumqayıt" "Kəpəz"lə matçın 76-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Slavik Alxasova görə 200 manat cərimə edilib. Futbolçu özü isə bir oyunluq cəzalandırılıb.
AZAL isə "Rəvan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək.
Fanat.az