10:59 30.05.2013 955

Tale Heydərov final oyunundakı dava ilə bağlı sərt mesaj verdi

“Qəbələ” klubunun prezidenti Tale Heydərov 2-ci “Gabala Cup” turnirinin açılış mərasimindən sonra brifinq keçirib. Apasport.az saytının məlumatına görə, gənc prezident ilk öncə “Qəbələ”nin “Şaxtyor”la 1:1 oynadığı ilk oyun haqda fikirlərini bildirib.

- İlk oyunla bağlı fikrim müsbətdir. Çünki “Şaxtyor” yaxşı akademiyası olan klubdur. Belə klubla heç-heçə etmək pis nəticə deyil. Hesab edirəm ki, turnirə yaxşı başlamışıq.

- Azərbaycan futbolu gələcəkdə Avropada öz sözünü deyə biləcəkmi? Ümumiyyətlə, “Qəbələ”nin örnəkverici addımları digər klublarımıza da sirayət edəcəkmi? 

- Təəssüf ki hələ əsas komandamız uğur qazanmayıb. Baxmayaraq ki, hər il qarşımıza böyük məqsədlər qoyuruq. Amma buna nail ola bilməmişik. Stenli Brard “Feyenord” Akademiyası direktorudur. Yaxınlarda Hollandiyada ən yaxşı akademiya direktoru mükafatına layiq görülüb. Yuri Syomin də vaxtilə “Lokomotiv”i çalışdırıb və bir neçə nailiyyətlər əldə edib. Ümid edirik ki, bu şəxslər “Qəbələ”yə yüksək nailiyyətlər qazandıracaq. Klub rəhbərliyi olaraq əlimizdən gələni edirik ki, uğur əldə edək. Hesab edirik ki, “Qəbələ” baxımından düzgün seçim etmişik. Ümumi ölkə futbolu baxımından diqqət yetirsək, görərik ki, digər klublara da artıq səviyyəli məşqçilər gəlməkdədir. Bunun axır-əvvəl nəticəsi olacaq. Bir az səbir etmək lazımdır.

- Ola bilərmi ki, 2015-ci ildə 17 yaşlıların Avropa çempionatının ev oyunlarından biri Qəbələdə keçirilsin? 

- 2014-cü ilin sonlarında əsas stadionumuzu tikib başa vura bilsək, nəzərdə tutmuşuq ki, həmin çempionatın oyunların bəzisini burda keçirək. Hər şey tikintinin gedişatından asılıdır.

- Yaxınlarda “Qəbələ”də tanınmış transfer baş tuta bilər? Ümumiyyətlə, kimin heyətdə olmasını istərdiniz? 

- Əsas məqsədimiz akademiyadan çıxan gəncləri əsas komandaya cəlb etməkdir. Tapşırıq verilib ki, əsas komandada akademiyadan ən azı 1 oyunçu yer alsın. Məşhur futbolçulara gəlincə, məncə hələ bu həm büdcə, həm də hazırlıq baxımından tezdir. Məqsədimiz burda məşhur futbolçuları oynatmaq yox, özümüzdən yetişənləri məşhur etməkdir.

- Ötən turnir zamanı demişdiniz ki, gələcəkdə bu yarış böyüklər arasında keçiriləcək... 

- Bu, planda var. İstəyirik ki, infrastrukturumuz tam hazır olsun, ondan sonra Avropanın əsas komandalarını bura dəvət edək.

- Dünən ölkə kubokunda yaşananlar rəzalətdir. Bu formada biz futbolumuzu inkişaf etdirə biləcəyikmi? 

- Oyunu televizor vasitəsilə canlı izləyirdim. Ona görə də orda nə baş verdiyini anlaya bilmədim. Yalnız sonradan bu haldan mətbuatdan xəbət tutdum. Çox mənfi haldır. Azərbaycanlılar üçün bayram olan gündə, həmrəy olmalı olduğumuz bir gündə belə olayların baş verməsi xoşagəlməz hadisələr baş verməməlidir. Məncə, buna dair tədbirlər görülməlidir. Futbol ictimaiyyətinə mesajım budur ki, klublardan asılı olmayaraq, hamımız azərbaycanlıyıq, belə hallar baş verməməlidir.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X