Estoniya millisinin isveçli baş məşqçisi Maqnus Persson Avropa çempionatının son 2 seçmə mərhələ oyunu üçün heyəti açıqlayıb.
Qaynar.info xəbər verir ki, 39 yaşlı məşqçi 23 futbolçuya dəvət göndərib.
Bunların arasında "Qəbələ"nin hücumçusu Sergey Zenyov da var. O, şans veriləcəyi təqdirdə oktyabrın 9-da Avropa çempionatına hamıdan qabaq vəsiqəni təmin etmiş qrup lideri İngiltərəyə qarşı oynayacaq. Bu matç Londonun məşhur "Uembli" stadionunda baş tutacaq. Bundan 3 gün sonra isə Tallinin "Lilleküla" stadionunda qrup 2-cisi İsveçrə ilə çətin görüş var.
Qeyd edək ki, Estoniya millisi hazırda 10 xalla E qrupunda 4-cü olsa da, Avropa çempionatına getmək üçün nəzəri şanslarını hələ saxlayır.
Fanat.az