"Mən hər bir futbolçu ilə fərdi söhbət edirəm. Rəşad Sadıqova demişəm ki, milli karyerasını bitirməklə bağlı qərar vermək üçün Bolqarıstanla oyunu gözləsin. Bundan sonra sıöhbət edəcəyik. Növbəti seçmə mərhələyə kimi vaxt var. Qərarı özü verməlidi. Motivasiyası necədi, bu səviyyədə oynaya biləcəkmi, özü müəyyənləşdirməlidi".
Fanat.az xəbər verir ki, bu sözləri Rəşad Sadıqovun milli karyerasını bitirmək istəyi ilə bağlı sualı cavablandıran milli komandamızın baş məşqçisi Rober Prosineçki deyib.
Xorvat mütəxəssis "Rəşad milli karyerasını bitirsə, onun əvəzində kimi oynadacaqsız? Namizədiniz varmı" sualına belə cavab verib: "Təbii ki, namizəd var. Rəşad yığma karyerasını bitirməli olsa, alternativ variantlar axtarmalı olacağıq. Ruslan Abışov artıq “Qəbələ”də daim oynamağa başlayıb. Biz bilirik ki, uzun müddət “Xəzər Lənkəran”da hansı səbəbdən oynamırdı. Bu gün Azərbaycanda belə güclü komandalara qarşı oynaya biləcək səviyyədə 3 mərkəz müdafiəçisi var. Onların adlarını siz də bilirsiz: Rəşad Sadıqov, Bədavi Hüseynov və Ruslan Abışov".
Fanat.az