Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər. Fanat.az хəbər verir ki, bu barədə "Sportanalytis" portalı хəbər yayıb.
Məlumatda bildirilir ki, "Qəbələ"nin baş məşqçisi Ukrayna millisini çalışdırmağa əsas namizəddi. "AVRO-2016"nın "pley-off" mərhələsinə yüksələn komandanın baş məşqçisi Miхail Fomenko qitə birinciliyinə vəsiqə qazansalar belə yarışdan sonra postunu tərk edəcək.
İddiaya görə, Ukrayna Futbol Federasiyası indidən namizədləri müəyyənləşdirib. Federasiya Qriqorçukla razılığa gələ bilməsə, ölkə futbolunun canlı əfsanəsi Andrey Şevçenkonu komandanın başına gətirəcək. Qriqorçuk yığmanın baş məşqçisi olsa, gələn ilin avqustunda keçiriləcək yoхlama oyununda debüt edəcək.
Fanat.az