Almaniya Bundesliqasında IX tura start verilib. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya" "Maynts 05"in qonağı olub.
Oyun Dortmund təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin rəqibinin heyətində Marko Reus və Henriх Mkitaryan fərqlənib. Marko Reus bir penaltini yerinə yetirə bilməyib.
Qeyd edək ki, "Borussiya" 9 turdan sonra 20 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az