Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə meydana "Xəzər Lənkəran"la AZAL çıxıb. Hesabı 19-cu dəqiqədə Kamran Abdullazadə açıb. 32-ci dəqiqədə Murad Səttarlı tarazlığı bərpa edib. 65-ci dəqiqədə Sadio Tounkara "Xəzər Lənkəran"ı yenidən hesabda önə keçirib. 90-cı dəqiqədə dublunu rəsmiləşdirən Kamran Abdullazadə matçın hesabını müyyənləşdirib. Bununla da "Xəzər Lənkəran" iki məğlubiyyədən sonra qələbə qazanmaqla yanaşı, 6 oyunluq qələbəsizliyə son qoyub. Lənkəranlılar I turda "İnter"i yendikdən sonra qələbəyə həsrət qalmışdı. "Ağ-yaşıllar" bu müddətdə 3 heç-heçə edib və 3 dəfə məğlub olub.
Turun son oyununda "Sumqayıt" "İnter"i qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri 10-cu dəqiqədə hesabı açıb. "Sumqayıt"ı Pərdis Fərcad-Azad sevindirib. "İnter" buna 36-cı dəqiqədə Nika Kvekveskirinin qolu ilə cavab verib. Bundan sonra qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ilk iki gündə 3 oyun baş tutub. "Kəpəz "Rəvan"ı 2:0, "Qəbələ" "Neftçi"ni 1:0, "Qarabağ" "Zirə"ni 4:1 hesabı ilə yenib.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VIII tur
18 oktyabr
Xəzər Lənkəran - AZAL 3:1
Qollar: Kamran Abdullazadə, 19; 90. Sadio Tounkara, 65 - Murad Səttarlı, 32.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara (5. Fərid Əsədov, 85), 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı (32. Zaman Mirzəzadə, 90+2), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 6. Tagim Novruzov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov (k), 19. Məhəmməd Bədəlbəyli, 21. Murad Səttarlı (28. Müşfiq Teymurov, 79), 24. Emin Cəfərquliyev, 27. Aleksandr Quruli (7. Tərlan Xəlilov, 75).
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 5. Kamil Hüseynov, 11. Ruslan Nəsirli, 22. Kənan Mirzəyev, 50. Sənan Məmmədli.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 49 (qeyri-idman hərəkəti). Elnur Cəfərov, 70 (hakimi aldatmağa cəhd) - İlqar Ələkbərov, 45 (qeyri-idman hərəkəti). Nuqzar Kvirtiya, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 5000 tamaşaçı.
Sumqayıt - İnter 1:1
Qollar: Pərdis Fərcad-Azad, 10 - Nika Kvekveskiri, 36.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev (94. Tərlan Əhmədli, 81), 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad (99. Əli Əlimərdanlı, 90+3), 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev (9. Mirzağa Hüseynpur, 72), 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 22. Tofiq Mikayılov, 27. İsmayıl Babayev.
Baş məşqçi: Samir Abasov.
İnter: 96. Elşən Poladov (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak (9. Limam Seydi, 81), 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins (3. Xuan Fransisko, 90+3), 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev (30. Abbas Hüseynov, 66).
Ehtiyat oyunçular: 91. Şahin Zəkiyev, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 77. Emilian Vila.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Emin Mehdiyev, 27 (qeyri-idman hərəkəti) - Abdulla Abatsiyev, 41 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Elnur Abdullayev, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Kapital Bank Arena". 1000 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 8 | 6 | 2 | 0 | 17-7 | 20 |
2 | Qəbələ | 8 | 6 | 1 | 1 | 17-4 | 19 |
3 | Zirə | 8 | 4 | 3 | 1 | 8-6 | 15 |
4 | İnter | 8 | 4 | 2 | 2 | 6-6 | 14 |
5 | Kəpəz | 8 | 3 | 2 | 3 | 9-7 | 11 |
6 | Neftçi | 8 | 2 | 3 | 3 | 7-8 | 9 |
7 | Xəzər Lənkəran | 8 | 2 | 3 | 3 | 8-12 | 9 |
8 | Sumqayıt | 8 | 0 | 5 | 3 | 5-9 | 5 |
9 | AZAL | 8 | 1 | 1 | 6 | 3-11 | 4 |
10 | Rəvan | 8 | 0 | 2 | 6 | 4-14 | 2 |
Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 5. Aleksey Antonov (Qəbələ), Aleksey Qay (Qəbələ), Samuel Armenteros (Qarabağ) - 4. |
Fanat.az