Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Futbol ictimaiyyətinin nümayəndələri də seçkilərə biganə deyillər. Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Ruslan Abışovla Rahid Əmirquliyev də parlament seçkilərilə bağlı mövqelərini açıqlayıblar.
"Qəbələ"nin və "Xəzər Lənkəran"ın futbolçuları 17 saylı Yasamal 3-cü seçki dairəsinin seçicilərinə müraciət ediblər. Onlar seçiciləri bu dairədən Milli Məclis üzvlüyünə namizəd Həsənov Elşad Eldar oğluna səs verməyə çağırıblar.
Ruslan Abışov: "Seçiciləri Həsənov Elşad Eldar oğluna dəstək olmağa çağırıram".
Rahid Əmirquliyev: "Sizə uğurlar! Biz sizə inanırıq".
Fanat.az