AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Kəpəz"lə oyunda qırmızı vərəqə alan "Rəvan"ın 3 futbolçusu - Kənan Manafov, Novruz Məmmədov və Orxan Lalayev hərəsi bir oyunluq cəzalandırılıb, klub hər bir oyunçuya görə 200 manat cərimə edilib.
"Kəpəz" "Rəvan"la oyunda 4, "Qəbələ" "Neftçi" ilə matçda 5 fxutbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
Fanat.az