13:43 20.10.2015 823

“Kəpəz”in rəhbəri danışdı - MÜSAHİBƏ

"Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik.


- Elmir müəllim, ilk olaraq Müşahidə Şurası fəaliyyətə başladıqdan sonra görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Hər birimizə yaxşı məlumdur ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin bütün sahələrlə yanaşı, idmana da olan diqqət və qayğısı sayəsində bu sahədə də böyük nailiyyətlər əldə olunub. Bunu I Avropa Oyunlarının təşkili və idmançılarımızın qazandığı uğurlar bir daha təsdiq etdir. 

AFFA-nın İcraiyyə Komitəsinin tövsiyələrinə əsasən bu ilin may ayının 27-də “Kəpəz” PFK-nun Müşahidə Şurası (MŞ) yaradıldı. Şurada ziyalılar, futbol mütəxəssisləri yer alıblar. “Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin sədri kimi MŞ-nın ilk iclasında yekdilliklə sədr seçildim. Göstərilən etimada görə, şuranın üzvlərinə təşəkkür edirəm. Elə seçkidən dərhal sonra şuranın sədri kimi üzərimə düşən bütün öhdəlikləri yerinə yetirəcəyimi bildirdim.


Arxada qalan müddətdə şura qarşısına qoyduğu vəzifələrin bir qismini həyata keçirib. İlk işimiz komandanın ev oyunlarını doğma meydanda keçirməsinə nail olmaq idi. Çünki “Kəpəz” klubu Premyer Liqada oynamaq üçün lisenziya şərtlərini yerinə yetirən zaman ev oyunlarını bir müddət Bakıdakı “Dalğa Arena”da keçirəcəyini bildirmişdi. Həmin vaxt doğrudan da ev oyunlarını Gəncədə keçirmək çox çətin olacaqdı. Buna görə “Dalğa Arena” seçilmişdi. Ancaq biz ilk iclasındaca bu məsələni müzakirəyə çıxardıq. Bilirdik ki, buna nail olmaq üçün ciddi işlər görülməli və müəyyən vaxtda ehtiyac var idi. Heç nədən çəkinmədik, hamılıqla işə başladıq. Əslində iclasda müzakirə etdik ki, Gəncə şəhər stadionu oyunlara qədər hazır vəziyyətə gətirilməsə, onda Yevlax şəhər stadionunda oynayaq. Çünki Yevlax Gəncəyə daha yaxındı və belədə azarkeşlərimiz rahatlıqla oyunlarımızı izləməyə gələ biləcəkdi. “Dalğa Arena”nı son varinat kimi seçdik.


Qısa vaxtda görülən işlərdən sonra Peşəkar Futbol Liqasının mütəxəssisləri stadiona baxış keçirdilər və mübət rəy verdilər. Bu problemi həlli etdikdən sonra oyunlara çoxsaylı azarkeş toplamaqla bağlı təbliğat işinə başladıq. Gəncənin futbol veteranları, azarkeş qrupları, fanklublarla şuranın üzvləri mütəmadi görüşlər keçirdi. Apardığımız təbliğatın nəticəsi olaraq ev oyunlarımıza çoxsaylı azarkeşlər təşrif buyurdular. Hətta elə ilk ev oyunda azarkeş sayına görə, ölkə çempionatının son 4 illik rekordunu yenilədik. Hələ ki, azarkeş sayına görə, Premyer Liqa klubları arasında ön sırada yer alırıq. Səfər oyunları zamanı da azarkeşlərimizin komandamızı dəstəkləməsinə şərait yaradırıq. Fürsətdən istifadə edib, oyunlarımızda komandamızı daim dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu, Gəncənin futbol şəhəri olmasının göstəricisidir.


- Stadionda görülən işlərdən danışdınız. Tribunaların bir hissəsinə yeni oturacaqlar quraşdırılıb. Bu işlər sona qədər davam etdiriləcəkmi?

- Gəncə şəhər stadionunda uzun illərdi təmir işləri aparılmırdı. Buna görə də stadionun vəziyyəti ilə tanış olduq və hansı işləri görəcəyimizi dəqiqləşdirdik. Stadionun ərazisində AFFA tərəfindən bir neçə il əvvəl salınmış kiçik ölçülü süni meydança tam yararsız vəziyyətə düşmüşdü. Orda futbol oynamaq mümkün deyildi. AFFA və Gəncə şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti sayəsində meydança yenidən quruldu və uşaqların ixtiyarına verildi. Bundan başqa, əsas meydançanın ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi üçün işlər görüldü. Eyni zamanda yeni oturacaqların quraşdırılmasına başlanılıb. Artıq tribunaların bir hissəsi oturacaqlarla təmin edilib. AFFA ilə birgə həyata keçirdiyimiz bu işi sona qədər davam etdirəcəyik. Stadiondakı tunelin təmiri istiqamətində də müəyyən işlər görülüb, futbolçuların ixtiyarına verilib.


- Komandanın çıxışını necə dəyərləndirirsiz və qarşıya qoyulan məqsəd nədən ibarətdi?

- Artıq 8 tur arxada qalıb. “Kəpəz”in iyulun əvvəlində məşqlərə və heyətini formalaşdırmağa başlamasına baxmayaraq, oyunu ilə göz oxşadığını deyə bilərəm. “Kəpəz” iddialı komandalar üçün də hesablaşmalı olduğu rəqibə çevrilib. Mövsümə “Neftçi”ylə oyunla start verdik. Komanda gözlənildiyindən də yaxşı oyun nümayiş etdirdi. “Qarabağ”a, “Qəbələ”yə, “İnter”ə məğlub olsaq da, sona qədər mübarizə apardıq, qol epizodları yaratdıq. Çünki Şahin Diniyev mübariz, əzmkar komanda formlaşdırıb. Dəvət etdiyimiz legionerlər də oyunları ilə seçimimizin düzgün olduğunu sübut edirlər. Görülən işlər düzgün yolda olduğumuzu göstərir.


Komandamız iyulun 1-dən məşqlərə başlamasına və formalaşma prosesi davam etməsinə baxmayaraq, artıq yığma komandalarda təmsilçilərimiz var. Tərlan Quliyev əsas milliyə, Azad Kərimovla Budaq Nəsirov U-21-ə dəvət edilir. Əli Səmədov isə U-19 yığmamızın düşərgəsindədi. Bu istiqamətdə daha yaxşı göstəricilərə sahib olmaq üçün də işlər görülür.


- Gəncə futbol mərkəzi olub və hər zaman öz yetirmələri ilə futbolumuza fayda verib. Bu baxımdan uşaq futbolunu inkişaf etdirmək üçün hansı işlər görüləcək?

- Uşaq futbolunu inkişaf etdirmək də MŞ-nın prioritet məsələlərindəndir. Klubun U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 komandalarını yaratdıq. Uzun illər ərzində Gəncədə sadaladığım komandalar olmayıb. Ona görə də qısa vaxtda onları yaratmaq, formalaşdırmaq, yarışa buraxmaq asan deyildi, amma öhdəsindən gələ bildik. Bir məsələni də qeyd edim ki, yeni komandalar yaratdıqca yerli mütəxəssislərdən faydalandıq. Ümumiyyətlə, “Kəpəz” klubunda çalışanlardan 1-2 nəfər istisna olmaqla qalanları Gəncədən olan müətəxəssislərdi. Kənardan dəvət etdiyimiz mütəxəssis biri Şahin Diniyevdir. Onu da kənar hesab etmək olmaz. Çünki Şahin müəllim futbolçu kimi bu klubda çıxış edib, daha sonra baş məşqçi kimi çalışıb. Bu onun “Kəpəz”ə baş məşqçi kimi ikinci dönüşüdü. Yerli mütəxəssislərə güvənməklə onların həm təcrübə qazanmasına, həm də işlə təmin olunmasına çalışmışıq. Məşqçilərin futbol təhsilini artırması üçün də işlər görürük. AFFA rəhbərliyinə müraciət etmişik və məşqçilərimiz müvafiq lisenziya kurslarına qatılırlar. 

U-15-dən tutmuş U-19-a qədər yaş qrupundan ibarət komandalarımız ev oyunlarını hələlik Yevlax şəhər stadionunda keçirirlər. Eyni zamanda Gəncə şəhər stadionunun yardımçı meydançasında görülən işlər sayəsində orada komandalara məşq etmək üçün şərait yaradılır. Samuxdakı meydança da klub tərəfindən təmir edilir. Əvəzedicilərimiz məşqlərini əksər vaxtlarda həmin meydançada keçirir. Aşağıyaşlı liqaların oyunlarının da burada keçirilməsi nəzərdə tutulub. 

Əsas komandamız hələlik Yevlax şəhər stadionunda məskunlaşıb. Komandanın hazırlıq keçməsi üçün meydançalar təmir edilib, yararlı vəziyyətə gətirilib. Əsas komanda qısamüddətli toplanışlarını da burada keçirir.


- Komandanın Premyer Liqaya dönüşü şübhəsiz yerli azarkeşləri sevindirir. Oyunlara bu qədər azarkeş gələcəyini gözləyirdinizmi?

- Əvvəla qeyd edim ki, azarkeşlərimiz indiyə qədər bütün rəqib komandalara hörmətlə yanaşıblar, hansısa xoşagəlməz hərəkətə yol verməyiblər. Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” Londondan birbaşa Gəncəyə dönən zaman komandanı “Kəpəz”in azarkeşləri, fan-klubları qarşıladı. Hətta oyunun gedişində azarkeşlərimiz dəfələrlə “Qarabağ”a avrokubok matçlarında uğurlar arzuladı. 

Gəncə daim Azərbaycanın futbol mərkəzlərindən biri olub. Son illərdə klubun aşağı dəstədə çıxış etməsi azarkeşləri bir qədər küsdürmüşdü. Təbii ki, bu müvəqqəti proses idi. Apardığımız işlərin nəticəsidir ki, onları geri qaytarmağı bacardıq. İctimaiyyətlə indi də keçirdiyimiz görüşlərdə futbola böyük marağın olduğunu görürük. Bunun bariz nümunəsi isə tribunalara toplaşanların sayında əksini tapır. Biz təbliğat işlərini davam etdiririk. Qeyd etdiyim kimi, MŞ-da ziyalı insanlar təmsil olunur. Hər birimiz işimizin nədən ibarət olduğunu və onun həlli yollarını yaxşı bilirik. MŞ-nın fəaliyyətinin məni qane etdiyini deyə bilərəm. Görülən işlərin bəhrəsini yaxın gələcəkdə görəcəyik.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2025
01:24

DÇ-2026: Niderlanddan 8 cavabsız qol, Levandovskisiz Polşa uduzdu

10 İyun 2025
23:50

UEFA "Barselona"ya tətbiq olunan cəriməni 4 dəfə azaltdı

23:07

"Matçın sonlarında rəqibin bəxti gətirsəydi..." - Marko Rossi

22:47

"Son iki yoxlama oyunundan razı qaldım” – Fernandu Santuş

22:19

"Qayıdanda gördüm ki, Robert mənə zəng vurub" - Probej Levandovskinin millidən imtinasını şərh etdi

21:53

Azərbaycan millisi Macarıstana məğlub oldu

21:15

"Real Madrid"in yeni ulduzu nömrə seçimini etdi

20:41

"Mançester Siti" "Çelsi"nin qapıçısını heyətinə qatdı

20:07

"Komandamıza güvənirəm, bunu bacaracağıq" - Nigar Mirzəliyeva

19:49

U-17 Gürcüstanla bərabərə qaldı

19:14

Azərbaycanın sərbəst güləş millisi təlim-məşq toplanışına başladı

18:40

“Kəpəz”də yeni baş məşqçi təyinatı reallaşdı

18:15

Menyanın İngiltərə nəhənginə transferi baş tutmadı - SƏBƏB

17:42

"Məni daha futbol klubunda heç bir iş maraqlandırmır" - Roman Abramoviç

17:24

İngiltərə nəhəngi milli üzvünü bu qiymətə alır

17:06

Bellingem "Borussiya" ilə müqavilə bağladı - RƏSMİ

16:48

"İndi yalnız əsəb və ağrı hiss edirəm" - Robert Levandovski

16:30

Skaloni Argentina millisinin Messidən asılılığından danışdı: "Bu, əladır"

16:12

Deku braziliyalı hücumçunun "Barsa"ya transferini niyə səhv addım saydığını açıqladı

15:54

Modriç mütləq rekordçuya çevrildi

15:36

Lukaku milli komandaların ən yaxşı bombardirlərinin siyahısında 5-ci pilləyə yüksəldi

15:18

"Yuventus"u çalışdıracaq məşqçinin adına aydınlıq gəldi - İdman direktoru açıqladı

15:00

Sabiq cangüdəni Ronaldunun ona nə qədər maaş verdiyini açıqladı

14:42

Elçin Məsiyev Avropa çempionatına təyinat aldı

14:24

"Səbail"də 40 min avroluq müəmma - AÇIQLAMA

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:58

Ranyerinin İtaliya millisindən aldığı təklifə cavabı nə olub? - Özü açıqladı

13:40

"Kəpəz"i tərk edənlərdən ikisinin kimliyi dəqiqləşdi - SON DURUM

13:22

"Arsenal"ın ukraynalısını iki İtaliya klubu istəyir

13:04

"Turan Tovuz" 9 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

12:46

U-17 və U-19-un rəqibləri müəyyənləşdi

12:28

"Tottenhem"in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəldi - SON DURUM

12:09

Azərbaycan boksçuları Niderlandda üç medal qazandılar

11:51

U-17 Gürcüstan yığması ilə qarşılaşacaq

11:19

"İtaliya millisində vəziyyəti dəyişə bilmədim" - Spalletti istefasından danışdı

11:02

Ukraynalı futbol hakimi həlak oldu

10:43

Fransa millisinin sabiq futbolçusu komandasız qaldı

10:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

Pirallahıda keçirilən “IronWind”də qaliblər bəlli oldu

09:00

İngiltərə nəhəngi əlcəzairli futbolçu ilə gücləndiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X