00:00 21.10.2015 581

"Qəbələ" Çempionlar Liqasının qalibinə qarşı

Oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində 3-cü oyununa çıxacaq “Qəbələ” komandası təkcə Avropanın deyil, hətta dünyanın ən güclü klublarından biri ilə qüvvəsini sınayacaq. Çünki paytaxtımızın qonagı Almaniyanın ən titullu klublarından sayılan Dortmund “Borussiya”sı olacaq. Yeri gəlmiskən, bu, “qara-sarılar”ın Bakıya ikinci səfəri kimi yadda qalacaq.

“Borussiya"nın hegemonluğuna necə son qoyuldu?

Tarixə qısa ekskursiya edərək nəzərinizə çatdırım ki, 1909-cu ildə təsis edilən “Borussiya” Almaniya çempionatında 8 dəfə qızıl, 6 dəfə gümüş, 5 dəfə bürünc medal, eləcə də, 5 dəfə Superkubok qazanıb. Avrokuboklarda isə Dortmund təmsilçisi indiyədək 5 dəfə finalda oynayıb. 1966-cı ildə UEFA kubokunu, 1997-ci ildə Çempionlar Liqasının baş mükafatını əldə edən almanlar qalan 3 həlledici qarşılaşmadan məğlub ayrılıblar (ÇL 2012/13, Avroliqa 1992/93 və 2001/02 mövsümləri). “Borussiya” 1997-ci ildə Qitələrarası Kuboku da muzeyinə aparıb. Bu komandanın ən parlaq çıxışı 2008-15-ci illərdə baş məşqçi vəzifəsini daşımış Yurgen Kloppun (bir neçə gün öncə “Liverpul”la anlaşıb) dövrünə təsadüf edir. Onun rəhbərliyi ilə “qara-sarılar” Almaniyada rəqiblərini tar-mar edir, avrokuboklarda qələbələri sıralayırdılar. Ta 2013-cü ilə qədər. Həmin il təşəbbüsü əldən verən “Borussiya” mövsüm ərzində əzəli rəqibi “Bavariya”ya 3 dəfə (!) uduzdu (Superkubokda, Bundesliqada və ÇL-in finalında). Bununla da, dortmundluların çıxışında eniş başladı. Komandanın ötən mövsüm Bundesliqanı 7-ci pillədə bitirməsi isə Kloppun istefası ilə nəticələndi.


4 dünya çempionu, 2 türk, 1 erməni

Qeyd etdiyimiz kimi, “Borussiya” artıq bir dəfə Azərbaycana səfər edib. Bu, 2010/11 mövsümündə Avroliqanın pley-off mərhələsində gerçəkləşib. Həmin vaxt “Qarabağ”la qüvvəsini sınayan “qara-sarılar” Almaniyada keçirilən ilk matçda 4:0 hesabı ilə qalib gəliblər. 2010-cu il avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən ikinci oyunda da almanlar qələbə qazanıblar. Yeganə qolu uzatma dəqiqələrində Barrios vurub. Bu dəfə isə “Borussiya” ölkəmizə yenilənmiş məşqçi və futbolçu heyəti ilə təşrif buyuracaq. Yurgen Kloppu bu ilin mayında əvəzləyən Tomas Tuxelin sərəncamında 4 dünya çempionu var. Belə ki, qapıçı Roman Vaydenfeller, müdafiəçilər Mats Hummels, Mattias Qinter və Erik Durm ötən il Braziliyada keçirilmiş dünya çempionatının qalibidir. Bu siyahını artırmaq da olardı, əgər mundial öncəsi dortmundluların aparıcı üzvü Marko Roys zədələnməsəydi. “Borussiya”nın heyətində 2 türk və 1 erməni futbolçu da yer alır. Düzdür, Nuri Şahindən fərqli olaraq, İlkay Gündoğan Almaniya vətəndaşıdır. Ermənistanlı Henrik Mxitaryan isə 2013-cü ildə “Şaxtyor”dan transfer olunub.


650 rəsmi fan klub

Yəqin ki, “Bakcell Arena”da keçiriləcək oyunda “Borussiya” dəstəksiz qalmayacaq. Bu məqsədlə Bakıya xeyli alman fanatın gələcəyi gözlənilir. Axı “Borussiya” Avropanın ən çox azarkeşə malik klublarından hesab olunur. Dünyanın müxtəlif yerlərində Dortmund təmsilçisinin, nə az nə çox, 650(!) rəsmi fan klubu var ki, onların da üzvlərinin sayı 25 mindən artıqdır. Klub hər il stadiona giriş üçün 45 mindən artıq abunə satır. Bu rəqəm 2009-cu ildə, klubun 100 illik yubileyi ərəfəsində rekord göstəriciyə – 50 675-ə çatıb. Deməli, paytaxtımızda da “Borussiya”nın sadiq azarkeşlərini görmək mümkün olacaq.

Seriyanın davamı gələcəkmi?

“Borussiya” hazırda Avroliqanın C qrupunun lideridir. Qrup mərhələsinə qədər Avstriyanın “Volfsberq” (1:0, 5:0) və Norveçin “Odd” (4:3, 7:2) klublarını darmadağın edən “qara-sarılar” qrup mərhələsində böyük çətinliklə xal qazanır. Bunu almanların ilk turda “Krasnodar”la görüşün 90+3-cü dəqiqəsində vurduqları qol və ötən tur PAOK-la matçın final fitinə 18 dəqiqə qalmış məğlubiyyətdən qurtulmaqları söyləməyə əsas verir. Almaniya Bundesliqasında da yaxşı start götürən, 5 oyunda 5 qələbə qazanan Tomas Tuxelin yetirmələri son 3 turda 2 xalla razılaşıblar.

Bu, azmış kimi, komanda Bundesliqanın VIII turunda “Bavariya”dan sarsıdıcı zərbə alıb – 1:5. Ümid edirik ki, dortmundlular növbəti belə zərbə ilə “Qəbələ” ilə matçda üzləşəcəklər. Axı Avroliqada sabit oyun göstərən komandamız son 5 ev matçında nə uduzur, nə də qol buraxır. İnanırıq ki, Roman Qriqorçukun rəhbərliyi altında seriyanın davamını gətirəcəyik.

"Qəbələ İK" qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X