"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Fanat.az хəbər verir ki, ukraynalı mütəхəssis Avropa Liqası çərçivəsində sabah Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:
"Mən futbolçularıma inanıram. Onlar uğurlu nəticə əldə etmək üçün hər şeyə hazırdı. Rəqibin gücünə bələdik. Görəcəksiniz ki, necə çətin oyun olacaq. Biz müdafiə olunmaq üçün oynamayacağıq. Bu bizim fəlsəfəmizə uyğun deyil. Uğurlu nəticə üçün oynayırıqsa, hücumlarımızın sayını artırmalıyıq.
Bu rəqibə qarşı hücum, yoxsa əks-hücumda oynayacağımızı sabah görəcəyik. "Borussiya" kimi rəqiblərə qarşı ehtiyatlı oynamaq lazımdı. Hücum etmək istəyirik. Başa düşürük ki, bu, bizim üçün bir şansdı. Belə nəhəng komandalarla görüşlərdə ancaq müdafiədə oturmaq da olmaz. Sabah bu rəqibə qarşı necə oynayacağımızı görmək özümə də maraqlıdı. Müdafiə futbolu oynamaq bizim variant deyil. Uğur qazanmaq istəyiriksə, daha çox hücum etməliyik.
Narahat olmağa əsas görmürəm. Hər şey qaydasındadı. İşimizi düzgün qurmuşuq. Bir daha qeyd edim ki, komandamıza, sabah oynayacaq bütün futbolçulara inanıram. Bu vaxta qədər böyük iş görmüşük. Bu, “Borussiya” ilə matçda da bizə kömək etməlidi. Rəqibimiz güclü olsa da, öz oyunumuzu göstərməliyik. Psixoloji cəhətdən də sabahkı oyuna hazırıq.
Çox istərdim ki, 3:0 hesabı ilə önə keçək və mənim oturmaq imkanım olsun. Nəzərə alsaq ki, sabah çətin oyun olacaq, rahat əyləşib, oyunu seyr edə biləcəyimi düşünmürəm. Yenə tapşırıqlarımı verəcəm.
Henrix Mxitaryanın Bakıya gəlməməsi sizi sevindirirmi? Bu tip suallardan xoşum gəlmir. Biz ilk növbədə özümüzə hörmət etməliyik. Mən Mxitaryanı çox yaxşı tanıyıram. Əgər bu futbolçu bizim ölkəyə gəlsəydi, biz onun sənədinə, milliyətinə yox, oyununa diqqət edəcəkdik. Futbolu siyasiləşdirmək düzgün deyil.
Mən həmişə belə düşünürəm ki, əgər komanda yaxşı oynasa və nəticə əldə etsə, azarkeşlər stadiona gələcək. İndiki məqamda mümkün olan hər şeyi etdik. Biz azarkeşlərimiz, stadiona gələn insanlar üçün futbol oynayırıq. Futbol insanları birləşdirən, sosial hadisədi. Bu arenada azarkeşlər həmişə bizə dəstək olublar. Onlara qabaqcadan dəstəyə görə təşəkkürümü bildirirəm".
Fanat.az