"Borussiya"nın futbolçusu İlkay Gündoğan "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildiib. Fanat.az xəbər verir ki, türk əsilli almaniyalı futbolçu bunları deyib:
"Bu qәlәbә bizi çox sevindirdi. Bizim üçün əsas üç xal qazanmaq idi, buna da nail olduq. “Qәbәlә” dә evdә qәlәbә qazanmaq istәyirdi.
Etiraf edim ki, "Qəbələ"dən belə oyun gözləmirdik. Onların müdafiə futbolu oynayacaqlarını düşünürdük. Amma rəqibin bu cür oyunu bizim üçün nə qədər sürpriz olsa da, özümüz də müdafiədə bir sıra səhvlərə yol verdik. Bütün bunlara baxmayaraq, toparlana və fasiləyə qədər iki qol vura bildik. Layiqli qələbə qazandığımızı düşünürəm.
Biz lider kimi növbәti mәrhәlәyә çıxmaq istәyirik. Amma bunu hәlә tәmin etmәmişik. Digәr komandaların hәr birinin şansı var".
Fanat.az