10:57 23.10.2015 481

Dodo: "Vurduğum qolun önəmi yoxdu"

"Qəbələ"nin kapitanı Dodo Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl "Borussiya"nın gücündən danışmalıyam. Rəqib Almaniyanın yox, dünyanın ən güclü komandalarından biri idi. İlk yarı ilə müqayisədə ikinci hissədə zəif oynamağımızın səbəbinə gəldikdə, təbii ki, belə komandalara qarşı oynamaq qat-qat çətindir. Əks-hücumlara çıxmağa çalışırdıq. İrəlidə oduğumuz vaxt topu özümüzdə saxlaya bilmədikdə geri qayıtmalı və bu zaman çoxlu fiziki güc sərf etməli olurduq.

- Ələ düşən imkanların heç olmasa birindən yararlana bilsəydiniz, sizcə, nəticə belə ola bilərdi?
- Əlbəttə, tam fərqli olardı. Oyunun əvvəllərində yaratdığımız imkanların birini qola çevirsəydik, həm psixoloji üstünlük tərəfimizdə olacaqdı, həm də rahat oynayacaqdıq. Əlbəttə, nəticə fərqli ola bilərdi. Şansları qaçırdıq, amma əvəzini çıxa bilmədik. Rəqib qollar vuraraq, qələbəyə nail oldu.

- Qarşıdakı turlarda itirdiyiniz xalların əvəzini çıxa biləcəksiniz?
- Hələ 3 oyunumuz var. Xallar qazanaraq, ardıcıl 2 məğlubiyyətin yerini doldura bilərik.

- Amma təsəlli qolu da olsa, vura bildiniz...
- Əlbəttə, qol vurmaq hər bir futbolçu üçün xoş haldır. Buna sevinirəm. Amma bu qolun komandama heç-heçə və ya qələbə gətirmədiyi üçün elə də önəmi yoxdur. Yaxşı olardı ki, xal qazandırardım. O anda qolun anlamı olardı.

- Pyer-Emerik Obameyanq bu dərəcədəmi qarşısıalınmaz futbolçu idi?
- Biz gənc komandayıq. Obameyanqın qarşısını ala da bilərik. Sadəcə, bu, zamanın, təcrübənin işidir. Nəzərə alın ki, "Qəbələ" ilk dəfə qrupda oynayır. Səhvlər buraxmağımız normaldır. Futbol da kollektiv oyundur, komandaların heyəti bərabər sayda futbolçudan ibarət olur. Kimisə fərqləndirmək olmaz. (report)

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

Facebookdan bizi izləməyi unutmayın.
X