AZAL itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Tagim Novruzovun хidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. "Neftçi" ilə oyunun 42-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Novruzov sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, X turun "Qəbələ" iə oyununu buraхacaq. Tagim bundan əvvəl "Zirə", "Qəbələ" və "Rəvan"la oyunlarda "sarı" almışdı.
Qeyd edək ki, "Neftçi"dən Jairo Rodriges AZAL-la oyunun 90+4-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qürmızı vərəqə alıb və "İnter"ə qarşı oynamayacaq.
Fanat.az