Avropanın milli çempionatlarında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri də növbəti oyunlarını keçirib.
Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının X turunda "Auqsburq"u qəbul edib və 5:1 hesablı qələbə qazanıb. Bakıda het-trik edən Pyer-Emerik Aubameyanq yenə 3 qol vurub. Digər iki qola isə Marko Reus imza atıb. "Borussiya" 10 turdan sonra 23 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
"Krasnodar" Rusiya Premyer Liqasının XIII turunda "Rubin"i qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin rəqibinin heyətində Ari dubl edib, Rikardo Laborde isə meydandan qovulub. "Krasnodar" 13 turdan sonra 18 хalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
PAOK isə Yunanıstan Super Liqasının VIII turunda "Panatinaikos"u qəbul edərək 3:1 hesablı qələbə qazanıb. "Qəbələ"nin rəqibinin heyətində Dimitar Berbatov, Harri Rodriges və Migel Vitor fərqlənib. PAOK 8 turdan sonra 14 хalla turnir cədvəlinin 4-cü pilləsini tutur.
Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının IX turunda "Zirə"ni qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.