14:03 26.10.2015 630

"Kəpəz"dən ayrılmağım, getməyim şayiədi" - Şahin Diniyev

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin "Report"a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Baş məşqçisi olduğunuz komanda Premyer Liqanın son 3 turunda qələbə qazanıb. Qarşıda isə "Zirə" ilə çətin görüş var...
- Biz olduğumuz yeri yaxşı dərk edirik. Lakin bu, o demək deyil ki, hansısa yerlərə iddia edirik. Hər oyuna maksimum nəticə üçün çıxırıq. Bizi narahat edən ən başlıca məsələ öz oyunumuzdur. Oyun istədiyimiz kimi alındıqdan sonra yaxşı yerlər də olacaq. Bu turda bizi çətin oyun gözləyir. Premyer Liqada asan, elə-belə oyun yoxdur. Bu qarşılaşmaya da maksimum ciddi yanaşırıq və çalışacağıq ki, uğurlu nəticə əldə edək.

- Sizcə, belə davam etsə, "Kəpəz" qış fasiləsinə hansı nəticə ilə yollanar?
- Mən heç vaxt proqnoz verə bilmirəm. Futbol yeganə idman növüdür ki, orada proqnoz vermək axmaqlıqdır. Burada istək və reallıq var. Təbii ki, istəyimiz ilk "6-lıq"dır. Ancaq reallığı görəcəyik. Hələlik 5-ci pillədəyik. Nəzərə almalıyıq ki, hər oyun 3 xallıqdır. Bir neçə oyunun nəticəsi hər şeyi dəyişə bilər. Bu səbəbdən, indidən nəsə demək çətindir.

- "Xəzər Lənkəran"la ev oyunundan sonra (1:0) keçirilmiş mətbuat konfransında Gəncə, Yevlax və Bakı arasında qaldığınızı, komandanın yorğun olduğunu bildirmişdiniz...
- Bəli, komandanın yolda qalması, bazanın olmaması həddən artıq çətindir və buna xeyli güc sərf olunur. Komandanın yaxşı formalaşması uğurlu nəticə qazanmaq üçün böyük amildir. Baza olsa, məşqlərin sayını artırmaq da olar. Əfsuslar olsun ki, bizdə bu şərait yoxdur. Kənarda olan çox insan bilmir ki, nələr olur. Bu işdə küsmək, incimək, geri addım atmaq olmayacaq. Məhz bu səbəblərdən futbolçulardan çox şey tələb etmək olmur. Bu tur "Zirə" ilə səfərdə oynadıqdan sonra yenidən Yevlaxa, Gəncəyə yola düşəcəyik və bu amillər məni baş məşqçi kimi narahat edir. Demişəm ki, belə problemlər var. Mən reallığı çatdırmaq istədim. Bununla bütün ictimaiyyətə mesaj çatdırmaq istədim. Ancaq onu da deməliyəm ki, 4 ay ərzində heç bir futbolçu nədənsə gileylənməyib.

- Gəncədə məşq etmək olmaz?
- Orada məşq etmək üçün şərait yoxdur. Çünki əsas meydança yalnız oyun üçün hazırlanır. Gəncədə bu gün nə əvəzedici, nə də əsas komandanın məşq meydançası var. Əsas meydançada yalnız oyunlar keçirilir. Ancaq Yevlaxda şərait var. Orada bizim ideal vəziyyətdə olan 4 meydançamız var ki, bunlardan biri oyun, üçü isə məşq üçündür. Bunu ən aşağı əziyyətlə, maliyyə xərcləri ilə ərsə gətirmişik. Bizim dərdimiz odur ki, Gəncədə məşq üçün şərait yoxdur.

- Bildirmisiniz ki, qələbəyə görə verilən 10 min manat mükafat 53 nəfər arasında bölünür. Belə olan halda futbolçular mükafat məbləğinin azlığından gileylənmir?
- İlk gündən müzakirələr olub. Bizim büdcəmiz o qədər də böyük deyil. Mükafata gəlincə, ilk "11-lik" 400 manat alır. Biz bir ailəyik. Komandanın uğurunda hamının əməyi var. Mən səmimi danışıram. Bu komandaya elə uşaqlar yığışıb ki, heç kim pula görə futbol oynamır. Pulun az-çoxluğu oyuna təsir etmir. Əgər xadimə, otbiçən, mühafizəçi pul alırsa, bu da bizim üçün dəstəkdir. Çünki komandanın uğuru hamıdan asılıdır. Bilirsiniz ki, mən səmimi insanam. Heç vaxt nəyəsə görə heç nə deməmişəm. Düzdür, əziyyət çəkirik. Ancaq dəstəyə görə, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevə təşəkkür edirəm. Mən düzü-düz, əyrini-əyri deyirəm. Bizə çox diqqət göstərirlər və əsas olan da budur.

- "Xəzər Lənkəran"la oyundan sonra Gəncənin icra başçısı Elmar Vəliyevlə görüşmüsünüz. Problemlər haqda onunla danışdınız?
- Sizə dediklərimi söhbətimiz zamanı da dedim, problemləri danışdım. Mənə elə gəlir ki, problemlər Şura sədrinin nəzərinə çatdırılıb. Elə şeylər var ki, onlara aidiyyəti olmayan məsələlərdir. Sadəcə, bir insan kimi güvəndiyim yerə öz problemlərimi danışdım.

- Sizin bu fikirləriniz ictimaiyyətdə "Kəpəz"dən getmək və ya göndərilməyinizə işarə kimi də qəbul olunur...
- Yox, Şahin Diniyevin "Kəpəz"dən getməsi, ayrılması söhbəti yoxdur. Olan problemləri vaxtında deməsəm, düz olmaz. Belə məsələləri gedəndə demək doğru çıxmaz. Bundan söz çıxarmaq lazım deyil. Burada olduğum üçün gördüklərimi deyirəm. "Kəpəz"dən getmək istəyim haqda deyilənlər isə şayiədir.

- Ümumiyyətlə, büdcənin artırılma məsələsi müzakirə olunub? Çünki heyətin gücləndirilməsi üçün bu məsələ sizi də maraqlandırmalıdır...
- Bunun mənə aidiyyəti yoxdur. Düzdür, oyunçu alınması, baxışdan keçirilməsi, heyətin gücləndirilməsi mənim işimdir. Amma ümumi büdcə artırılsa, pis olmaz. Nəzərə almalıyıq ki, komandanın yol və hotel xərcləri də var. Heç olmasa, baza təmir olunmalıdır. Belə problemlər var.

- "Kəpəz" ilk dövrədə azarkeş sayında lider oldu. Bəs, gəncəli fanatların diqqətindən razısınız?
- Onlara təşəkkür edirəm. Doğrudan da fəxr ediləsi azarkeşlərdir. Mən ötən oyunda tribunada olan insanlara baxdım. Hamısı anlayışlı, orta və yuxarı nəslin nümayəndələridir. Sevindirici haldır ki, artıq stadiona qadınlar da gəlir. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, öz istəyi ilə stadiona gəlib dəstək olanlara təşəkkür edirəm. 90+5-ci dəqiqədə azarkeşin komandanı alqışlaması ən böyük sevindirici amillərdəndir. Onları tribunada görəndə düşünürəm ki, nahaq yerə əziyyət çəkmirik. 

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X