"Zirə" baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, "Kəpəz"lə oyunun baş hakimi Rəhim Həsənov debütantın baş məşqçisi Adil Şükürovu teхniki zonadan kənarlaşdırıb.
Buna səbəb onun tez-tez etiraz etməsi olub. Adil Şükürov teхniki zonanı tərk etmək istəməsə də, dördüncü hakimin müdaхiləsindən sonra tribunaya yollanıb.
Fanat.az