18:00 02.09.2013 721

103 günlük seriyaya son

Topaz Premyer Liqasının V turunda "Rəvan" "Sumqayıt" ilə qarşılaşdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun Bakı klubu üçün uğurlu oldu və cari mövsümdə ilk qələbəmizə sevindi. Tarixi ərzində 125-ci oyuna çıxan "Rəvan" 55-ci qələbəsini qazandı. Sırf Premyer Liqada isə bu göstərici 69 oyuna 33 qələbədən ibarətdi.

Maraqlıdı ki, Premyer Liqada ardıcıl 3-cü mövsümünü keçirən "aslanlar" hər dəfə ilk qələbə həsrətini 1 tur azaldır. Belə ki, 2011/12 mövsümündə ilk zəfər 7-ci turda (Turan - 1:0) əldə olunmuşdusa, ötən "futbol ili"ndə 6-cı turda ilk 3 xalı qazanmışdı (Qəbələ - 3:1). Bu dəfə isə 5-ci turda "siftə" etdi. Ən maraqlısı da odu ki, bütün hallarda ilk qələbə səfər oyununda əldə olunub.

"Sumqayıt" ilə 11-ci dəfə üz-üzə gələn "Rəvan" 8-ci qələbəsini bayram etdi. Qeyd etmək yerinə düşər ki, ötən mövsümün sonlarına doğru keçirilən və komanda turnir cədvəli baxımından heç bir önəm vermədiyi görüşü çıxmaq şərti ilə bu rəqibi bütün səfər oyunlarında udmuşdu. Özü də hamısını 1:0 hesabı ilə. I divizionda 1 dəfə belə hala rast gəlinibsə, Premyer Liqada artıq 4-cü anoloji hadisə yaşandı.

Sumqayıtda qələbə həsrətinə son qoyan "Rəvan" həm də 103 günlük seriyaya son qoydu. Çünki komanda çempionatda son qələbəsini ötən mövsümün son oyununda - Lənkəranda "Xəzər Lənkəran" ilə görüşdə əldə etmişdi. Mayın 20-si baş tutan o qarşılaşmadan sonra isə cari mövsümün ilk 4 matçında qələbəyə həsrət qalmışdı. Nəhayət ki, uğursuz seriyanı dayandıra bildi.

Artıq 26 oyundu heç-heçə etməyən "Rəvan"da yeganə qolun müəllifi olan Kamil Nurəhmədov klub tarixinə Premyer Liqada klubun forması ilə qol vurmuş 23-cü futbolçu kimi düşdü. Hesabında 1 qol olan Kamil Şəhriyar Rəhimov, Şerif Suma, Amid Hüseynov, Sallieu Bundu, Ayaz Mehdiyev, Vüsal Qarayev və Sebastian Kastro-Telyo ilə bərabər durumdadı. Premyer Liqada komandanın heyətində ən çox qol vuran futbolçu isə Xuan Manuel Vareadı - 14 qol.

Onu da qeyd edək ki, "Sumqayıt"la oyun "Rəvan"ın yeni transferləri - Aqil Nəbiyev və Cəmşid Məhərrəmov üçün debüt matçı oldu. Onlar Premyer Liqada "Rəvan" forması geyinmiş uyğun olaraq 64-cü və 65-ci oyunçu kimi tarixə düşdülər. Bu baxımdan lider artıq komandadan ayrılmış Samuel Barlaydı - 56 oyun. O, sıralamada artıq "Rəvan"da olmayan Tural Axundovu (55) və hazırkı "17" nömrə Ramazan Abbasovu (50) qabaqlayır.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 İyun 2024
22:28

"Real" Xoselunu satdı

22:10

UEFA Regionlar Kuboku: Azərbaycan təmsilçisu böyük hesabla uduzdu

21:52

"Bayern" 70 milyon istəyir, İngiltərə nəhəngi isə...

20:50

AÇ-2024-ün bombardiri Liqa 1-də klubunu dəyişir - Razılıq əldə olundu

19:35

Alan razı, satan razı, braziliyalı vinger narazıdır

19:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:40

Lopes Fransa nəhəngini İtaliyanın debütantına dəyişdi

18:15

"Kəpəz" yoxlama oyunu keçirəcək

17:51

Rəhim Sadıxov "Sumqayıt"da - RƏSMİ

17:33

Kamerun millisinin sabiq oyunçusu faciəli şəkildə dünyasını dəyişdi

17:14

Abdullah Zubir qayıtdı, bəs Kadi? - SON DURUM

16:57

Çerçesov qazax jurnalistlə insident yaşadı: "Sənə osetin dilində cavab verim?"

16:39

Rusiya Futbol İttifaqı Karpinlə müqavilə yenilədi

16:21

Daliç Səudiyyə Ərəbistanı klubunda?

16:02

AÇ-2024: İtaliyalı məşqçilərdən tarixi ilk

15:26

AÇ-2024: Mamardaşvilidən inanılmaz performans

15:26

Azərbaycanlı cüdoçu erməni rəqibini məğlub etdi

15:09

AÇ-2024-də qrupda qalan milli Alleqriyə tapşırıla bilər

14:51

"Sabah"ın rəqibi yoxlama oyunu keçirdi

14:33

AÇ-2024: Qrup mərhələsinin ən yaxşı oyunçusu açıqlandı

13:59

AL-in qalibi Premyer Liqa klubunun oyunçusu ilə anlaşdı

13:40

AÇ-də ən çox dəqiq ötürmə edənlər açıqlandı - Çalhanoğlu 7-ci yerdədir

13:22

"Biz İsveçrəni mübarizədən kənarlaşdırsaq..." - Marko Materatsi

13:04

"Neftçi" iki futbolçusu ilə yollarını ayırdı

12:45

Amerika Kuboku-2024: II tura yekun vurulur - Nəticələr

12:26

Mançini İsveçrə ilə oyundan öncə belə danışdı

12:08

"Zenit" Serbiya millisinin üzvünü bu qiymətə almaq istəyir

11:50

"Turan Tovuz"un müdafiəçisi oynadı, Panama ABŞ-ni məğlub etdi

11:15

"Milan" yeni komanda yaratdı - C Seriyasına çıxış edəcək

10:54

AÇ-2024-ün rəmzi komandası müəyyənləşdi - Gürcüstanın iki üzvü yer aldı

10:33

"Mbappe ilə "Real Madrid"də oynamaq istəyirdim" - Naço

09:25

İngiltərə yığmasını tərk edən ulduz futbolçu düşərgəyə qayıtdı

09:00

Millinin qapıçısı Münhendə barda dava saldı

27 İyun 2024
22:24

Alman futbolçu qolunu sındırdığı azarkeşin könlünü belə aldı

21:52

"Real Madrid"in qapıçısı AÇ-nin qrup mərhəsinin ən pis qolkiperi oldu

21:11

Azərbaycan cüdoçuları AÇ-nin ilk günündə iki medal qazandılar

20:50

Messinin komanda yoldaşı İngiltərə yolunda

19:35

A Seriyasının debütantı Varanı transfer etmək istəyir

18:40

"Səbail"i tərk edən məşqçi ayrılığın səbəbini açıqladı: "Artıq keçənilki Asif deyiləm"

17:54

Serbiya seçməsinin uğursuzluğu istefalarla nəticələndi

Facebookdan bizi izləməyi unutmayın.
X