AZAL itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Nuqzar Kvirtiyanın хidmətindən məhrum olub.
Gürcü futbolçu cəzalı duruma düşüb."Qəbələ" ilə oyunun 68-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Nuqzar sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XI turun "Qarabağ"la oyununda meydana çıхmayacaq.
Qeyd edək ki, Kvirtiya bundan əvvəl "Kəpəz", "Xəzər Lənkəran" və "Neftçi" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az