12:51 03.11.2015 505

"Bilirdim ki, bir qol vursam, özümə gələcəm" - "Kəpəz"in futbolçusu

"Kəpəz"in “Qəbələ” üzərində qələbəsində pay sahibi olan futbolçular sırasında Aleksandr Sitnik də var. Gəncə klubunun ukraynalı hücumçusu səfər oyununda 2-ci dəqiqədə hesabı açmaqla komanda yoldaşlarının əhatəsinə düşdü. Bu qolla Sitnik həm “sarı-göylər”in heyətində qol hesabını açdı, həm də ev sahiblərinin quru oyunlar seriyasına son qoymuş oldu. "Kəpəz"in rəsmi internet saytına a müsahibə verən forvard maraqlı məqamlara toxunub.


- Burada mənim üçün hər şey normal, demək olar ki, ürəyimcədi. Mənə qarşı münasibət əladı. Mehriban kollektivimiz, yaxşı komandamız var.

 

- “Kəpəz”dəki hədəflərin nədən ibarətdi?

- Hamı eyni məqsəd uğrunda birləşdiyindən bizim hədəfimiz eynidi. Qələbələr qazanıb çempionatda uğurla iştirak etmək istəyirik. Biz buna çalışırıq. İlk əvvəllər oyunumuz da nəsə alınmırdı, indi isə hər şey yoluna düşüb. Hamı qələbə qazanmaq istəyir, rəhbərlik də, məşqçilər də, futbolçular da. Elə azarkeşlər də bizdən bunu gözləyir.

 

-  Yoldaşlıq görüşlərində və məşqlər zamanı ikitərəfli oyunlarda sən qol vursan da, çempionat matçlarında bir qədər gec qol hesabını aça bildin.

- Çox pərişan olmuşdum, vəziyyət o həddə çatmışdı ki, qol vura bilməməyim barədə heç düşünmək belə istəmirdim. Ancaq bilirdim ki, bir qol vursam, mütləq özümə gələcəyəm. Özünəinam hissini yaratmaq üçün hücumçunun qol vurması çox vacibdi. Sadəcə, alınmırdı. Fərqlənməyi isə çox istəyirdim.  

 

- Artıq qol hesabını açdın...

- Məşqlərdə hər zaman bunun üzərində işləyirdim. Əvvəlki oyunlarda komanda yoldaşlarımın qol vurması üçün şərait yaratmışdımsa, “Qəbələ”yə qarşı matçda özüm də nəhayət ki, fərqlənə bildim.

 

- Baş məşqçi Şahin Diniyev həmişə müsahibələrində sənə inandığını və uyğunlaşma üçün vaxt tələb olunduğunu bildirirdi.

- Baş məşqçimizə bu sözlərə və mənə olan inamına görə minnətdaram. Hücumçunun işi qol vurmaqdı, bunu mən də yaxşı başa düşürəm. İstənilən halda, Şahin müəllim və komanda yoldaşlarım həmişə mənə dəstək olublar və buna görə onlara təşəkkür edirəm. Yenə deyirəm, hücumçunun özünü oyunda hiss etməsi üçün qol vurması əsas şərtdi. İlk qolumu vurdum, yəqin ki, artıq davamı gələcək.

 

- Gəncəli azarkeşlər hər oyunda komandaya dəstək verirlər. Onlar haqda nə deyə bilərsən?

- Onlara da minnətdaram, bizi qələbələrə həvəsləndirirlər. Futbolu fanatlar üçün oynayırıq. Azarkeşlər stadionu dolduranda, oynamaq həvəsi birə-beş artır. Təbii ki, çalışırıq onları həmişə qələbələrlə sevindirək, arzu olunan nəticəni qazanaq.

 

- Hansı oyun sənin üçün daha yadda qalan olub?

- Oyunları pis və ya yaxşı oyuna bölmək istəmirəm. Hər matçın öz yeri var. Bütün oyunlarda meydana uğur qazanmaq, layiqli futbol nümayiş etdirmək üçün çıxmışıq. Bəzən alınıb, bəzən də yox. Başa düşmək lazımdı ki, 2-3 aya komanda yaratmaq çətindi. Futbola vaxt vermək lazımdı, bunu yəqin ki, hamı yaxşı başa düşür. Biz hamımız “Kəpəz”in uğuru üçün səy göstəririk, ümid edirəm ki, etimadı doğrulda biləcəyik.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X