"Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya"nın futbolçusu Pyer Emerik Aubameyanq "Barselona"nın maraq dairəsinə düşüb. Fanat.az хəbər verir ki, kataloniyalılar Dortmund klubunun qabonlu üzünü transfer etmək istəyir.
"Bild" qəzetinin iddiasına görə, "Barselona"nın skautları bu məqsədlə "Verder" - "Borussiya" matçını canlı izləyib.
Qeyd edək ki, Aubameyanq Bakıda keçirilən "Qəbələ" - "Borussiya" matçında 3 qol vurmuşdu. Bu mövsüm forma geyindiyi 18 qarşılaşmada 20 qola imza atan qabonlu futbolçunu Dortmund klubu 2011-ci ildə "Milan"dan 1 milyon avroya transfer etmişdi.
Fanat.az