AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Zirə”nin futbolçusu Təmraz Əmircanov "İnter"lə oyunun 71-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimə olunub. Matçın 87-ci dəqiqəsində “İnter”in futbolçusu Azər Yusifov, “Sumqayıt” - “Neftçi” oyununun 64-cü dəqiqəsində isə “Sumqayıt”ın futbolçusu Şahin Əliyev ikinci sarı vərəqəni alaraq meydandan çıхıb. Onların da cəzası eyni olub - 1 oyunluq cəza, 100 manat cərimə.
Fanat.az