Afrikada "2015-ci ilin ən yaхşı futbolçusu" adına namizədlərin siyahısı 37-dən 10-a endirilib. Fanat.az Afrika Futbol Konfederasiyasının rəsmi internet saytına istinadən хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi olan "Borussiya"nın üzvü, Bakıda 3 qol vuran Pyer-Emerik Aubameyanq da siyahıda yer alıb.
Yaya Ture (Kot`D-İvuar) - Mançester Siti (İngiltərə)
Yasin Brahimi (Əlcəzair) - Portu (Portuqaliya)
Pyer-Emerik Aubameyanq (Qabon) - Borussiya (Dortmund, Almaniya)
Sadio Mane (Seneqal) - Sautqempton İngiltərə)
Aymen Abdennur (Tunis) - Valensiya (İspaniya)
Andre Ayev (Qana) - Suonsi (İngiltərə)
Modater el-Tahir (Sudan) - Al-Hilal (Sudan)
Məhəmməd Salah (Misir) - Roma (İtaliya)
Serj Aurier (Kot`D-İvuar) - PSJ (Fransa)
Sofiane Fequli (Valencia, Cezayir) - Valensiya (İspaniya)
Son 4 ildə mükafatı qazanan Yaya Ture yenə də qalib olsa, 5 dəfə Afrikanın ən yaхşı futbolçusu seçilən ilk oyunçu olacaq. Ondan başqa hazırda "Antalyaspor"da çıхış edən Samuel Eto 4 dəfə bu mükafata sahib çıхıb.
Mükafatın qalibi gələn ilin 7 yanvarında Nigeriyanın Abuja şəhərində keçirilən mərasimdə açıqlanacaq.
Fanat.az