Estoniya yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Maqnus Pehrsson qarşıdakı iki oyuna 26 futbolçu dəvət edib.
Heyətdə Azərbaycanda oynayan futbolçu da var. Belə ki, Maqnus Pehrsson "Qəbələ"nin hücumçusu Sergey Zenyova dəvət göndərib. Zenyov indiyədək millidə 48 oyun keçirib və 9 qol vurub.
Qeyd edək ki, Estoniya yığması noyabrın 11-də Gürcüstan, 6 gün sonra Sent-Kitts və Nevis yığması ilə üz-üzə gələcək.
Fanat.az