"Birinci hissə bizim üçün asan olmadı. Rəqib çox güclü müdafiə olunurdu. Buna baxmayaraq, iki qol vurmağı bacardıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyunla bağlı danışan "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi İlkay Gündoğan deyib.
Türk futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"ni 4:0 hesabı ilə yendikləri oyunu dəyərləndirib: "İkinci hissə işimiz daha asan oldu".
Fanat.az