Yayda "Xəzər Lənkəran"la müqavilə bağlasa da, FIFA-nın qoyduğu transfer qadağası səbəbindən cənub klubunda oynaya bilməyən və "Qəbələ"yə üz tutan Vüqar Nadirovun işləri heç də qaydasında getmir. 28 yaşlı hücumçu hələ ki, yeni klubunda debüt etməyib.
Bu isə onun qışda komandanı tərk edəcəyi ilə bağlı хəbərlərin yayılmasına səbəb olub. Vüqarın qışda "Qəbələ"dən göndəriləcəyi ilə bağlı suala klubun vitse-prezidenti Fariz Nəcəfov cavab verib: "Göndərilmək barəsində heç nə deyə bilmərəm, çünki o qərarı məşqçi verir. Məşqçi ilə isə bu barədə söhbətimiz olmayıb. Qış transfer pəncərəsinin açılmasına az qalmış danışarıq, bir açıqlama verərik".
Klub rəsmisi Vaqif Cavadovla bağlı da eyni vəziyyətin olduğunu bildirib: "Hər hansı bir futbolçu haqqında son sözü rəhbərlik desə də, təbii ki, baş məşqçinin dediklərinə qulaq asırıq və ona görə yükun fikirə gəlirik".
Qeyd edək ki, Vüqardan fərqli olaraq Vaqif Premyer Liqada 2 oyuna çıxaraq 105 dəqiqə oynayıb.
Fanat.az