Adil Şükürov "Sumqayıt"la ilə oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi bunları deyib:
“Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik”.
Fanat.az