Zaur Svanadze "Qəbələ" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bunları deyib:
"Komandanın oyunundan razı qaldım. Bütün çətinliklərə, zədələrə baxmayaraq, yaxşı futbol sərgilədik. Oyundan öncə Mirhüseyn və Nika zədə aldılar. Qeyd etməliyəm ki, qələbə də qazana bilərdik.
Maddi problemlərin fonunda komandanı oyuna hazırlamaq çətindi. Amma bizim oyunçular peşəkardılar. Onlar bizə meydançada çox kömək edirlər.
Zədəli oyunçularımızdan Rauf Əliyev Almaniyadan qayıdıb. Hücumçu bərpa prosesinin ilk mərhələsindədi. Onun yaşıl meydanlara qayıtması üçün 3-4 ay vaxt lazımdı.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol