"Avropa Liqası oyunlarında çıxış "Qəbələ"nin ölkə çempionatındakı matçlarına təsir göstərmir. Sadəcə "Qəbələ"yə gələndə komandalar çox sıx oyun sərgiləyir, hər matçda demək olar ki, təkqapı oynayırıq. Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan (1:1) sonra "Qəbələ"nin futbolçusu Samir Zərgərov deyib.
Zərgərov "Qarabağ"dan zəif olmadıqlarını bildirib: "Zəif deməzdim, biz heç bir komandadan zəif deyilik. Yaranan fürsətlərdən maksimum yararlana bilmirik".
"Düzdü, "Qarabağ"dan çox geri düşmüşük. Amma çempionat uzundu. Çalışacağıq ki, bu fərqi aradan qaldıraq. Bu bizim üçün çətin olacaq" deyə Samir əlavə edib.
Fanat.az