AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ" ilə oyunun 49-cu dəqiqəsində "Xəzər Lənkəran"in futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərqə alıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub.
"İnter"lə oyunun 90+1-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan "Simurq"un üzvü Roini İsmayılovun cəzası isə 1 oyun olub. Klub buna görə 100 manat cərimələnib.
"Rəvan" "Sumqayıt"la, AZAL "Qarabağ"la, "İnter" isə "Simurq"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından AFFA-ya 500 manat ödəyəcək.
Fanat.az