Avropa çempionatında iştirak edəcək 22-ci iştirakçının adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, bu, Bosniya və Herseqovina yığmasını 2:0 məğlub edən İrlandiya millisi olub.
Belə ki, Dublinin "Aviva" stadionunda İrlandiya millisi "Stok Siti"nin hücumçusu Conatan Uoltersin dublu ilə adını Fransada keçiriləcək qitə çempionatına yazdırıb. Xatırladaq ki, Sarayevoda dumanlı şəraitdə keçirilən ilk görüşdə hesab 1:1 olmuşdu. Bu nəticədən sonra belə məlum olur ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç və "Qəbələ"nin hücumçusu Ermin Zetsli Bosniya və Herseqovina millisi Avropa çempionatında iştirak edə bilməyəcək.
Beləliklə, Avropa çempionatında iştirak edəcək komandalar meydan sahibi Fransadan başqa, Çexiya, İslandiya, Türkiyə, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Xorvatiya, Portuqaliya, Albaniya, Macarıstan və İrlandiyadır. Son 2 iştirakçının adına Sloveniya - Ukrayna (0:2) və Danimarka - İsveç (1:2) oyunlarından sonra aydınlıq gələcək.
Fanat.az