"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna yığmasının baş məşqçi postuna namizədlər siyahısında yer almır. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda bu ölkənin milli komandasının sükanı arxasına keçməyə əsas namizəd Andyer Şevçenko hesab olunur. Bu barədə Ukrayna yığmasının digər sabiq futbolçusu Artyom Milevski məlumat verib.
Qeyd edək ki, Qriqorçuk bu barədə xəbərlər yaranan ilk gündən etibarən bildirmişdi ki, Ukrayna yığmasını çalışdırmaq yox, "Qəbələ"dəki karyerası barədə düşünür.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol