Almaniya Bundesliqasında XIII turun oyunlarına start verilib. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya" (Dortmund) “Hamburq”un qonağı olub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Borussiya"nın yeganə qoluna 85-ci dəqiqədə Pyer-Emerik Aubameyanq vurub.
Qeyd edək ki, "Borussiya" 13 turdan sonra 29 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.az