“Panatinaikos”la “Olimpiakos” arasında baş tutmalı olan derbi təxirə salınıb. Fanat.az хəbər verir ki, buna səbəb azarkeşlərin hərəkətləri olub.
"Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı "Panatinaikos"un ev sahibliyi etdiyi oyunda fanatlar meydançaya kənar əşyalar atıb. Matçın əvvəlində azarkeşlər əllərindəki məşəlləri isinmə hərəkətləri edən oyunçulara tullayıb. “Olimpiakos”un üzvü Alfred Finboqassonun yaralanmasından sonra baş məşqçi Savvas Teodiridis komandanı meydandan çıxarıb.
Təhlükəsizlik əməkdaşları aranı sakitləşdirsə də, “Panatinaikos” azarkeşləri stadionunu sözün əsl mənasında döyüş meydanına çevirib. Bu səbəbdən baş hakim Andreas Pappas qarşılaşmanı təxirə salıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol