13:40 25.11.2015 570

"Qəbələ"də qruplaşma olsa, rəhbərlik dağıdar"

"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Yunanıstan PAOK-u ilə Avropa Liqasındakı səfər matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi keçmiş komandası "Qarabağ"ın İngiltərə "Tottenhem" ilə oyunda şanslarından da danışıb...


- PAOK-la səfər matçınız barədə nə düşünürsünüz?

- Çətin oyun olacaq. Bu, son şansımızdır. Qrupdan çıxmaq istəyiriksə, qələbə qazanmalıyıq. Bizim üçün yaxşı nəticə yalnız bu olmalıdır. 3 xal qazanmalıyıq ki, bəlkə "Borussiya" "Krasnodar"ı məğlub edəcək və bizə də yenə şans qalacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik.


- "Sumqayıt"la oyundan sonra vaxtınız az idi. Qarşıdakı matça istədiyiniz kimi hazırlıq keçə bildiniz?

- Pis hazırlaşmamışıq. Peşəkar komanda olaraq, 3 gündən bir oynamağa öyrəşməliyik. Məncə, öyrəşmişik də... Tam gücümüzlə çıxış edə biləcəyik. Sadəcə, heyətdə Dodo yoxdur. Fikrimcə, pis hazırlaşmamışıq və qələbə üçün əlimizdən gələni edəcəyik.


- Kapitanın yoxluğu komandaya necə təsir edə bilər?

- Ola bilər təsir etsin, ola bilər etməsin. Bunu zaman və oyun göstərəcək. Futbol kollektiv oyundur, bir nəfər üzərində qurulmur. Onun yerini doldurası futbolçumuz yetərincədir. Hər şey oyundan sonra bilinəcək.


- Səfər matçında qələbə qazanmaq üçün "Qəbələ" nəyə xüsusi diqqət yetirməlidir?

- Məncə, əsasən, sürətli hücumlara çıxmaq lazımdır. Əks-hücum da, kombinasiyalı hücum da olsa, sürətli olmalıdır. Rəqibi anidən yaxalayaraq, qollar vurmaq lazımdır. Necə ki, "Panatinaikos"a qarşı oynadıq, PAOK-la da elə oynamalıyıq.


- Az-az şans qazanmağınızın səbəbi nədir?

- Ola bilər, şans az verilir. Bu da baş məşqçinin fikridir. Kimisə nəzərdə tutur, oynadır. Əvvəllər məni nəzərə alırdı, indi başqasına şans verir. Bunu normal qəbul edirəm. Mənlik bir şey yoxdur.


- Uğursuzluq olduqda söz-söhbətlər də yayılır. Son günlər "Qəbələ"də futbolçular arasında qruplaşmanın yarandığına dair şayiələr dolaşır. Belə bir hal var?

- Açığı, belə şey yoxdur. Kimlərsə özlüyündə fikirləşə bilər ki, qrup yaradır. Komandada azərbaycanlı futbolçuların sayı az deyil. Birgə oturur, yemək yeyir, çay içirik. Biz tərəfdən belə bir şey görməmişik. Kimlərinsə qruplaşma yaratdığını da eşitməmişik. Ola bilsin, ayrı-ayrı ölkələrdən olan legionerlər bir-birlərini bəyənməsinlər. Bu, hər bir futbol klubunda var. Amma inanmıram ki, qruplaşma olsun. Olsa, rəhbərlik həmin qruplaşmanı dağıdar, komandadan təmizləyər.


- "Qəbələ" ilə eyni gündə "Qarabağ" da İngiltərə "Tottenhem"i ilə Avropa Liqası matçına çıxacaq. Keçmiş komandanızın qrupdan çıxma şanslarını necə dəyərləndirirsiniz?

- Məncə, "Qarabağ"ın qrupdan çıxma şansları var. "Tottenhem"i məğlub edəcəyi təqdirdə, Ağdam komandasının xal durumu yaxşılaşacaq və son turda Belçikada "Anderlext"lə matçdan yaxşı nəticə ilə qayıtmaq olar. "Qarabağ" yaxşı komandadır. "Tottenhem"i yenmək də olar, uduzmaq da. Sadəcə, uğurlar arzulayıram. İstərdim ki, qələbə qazanaraq qrupdan çıxsınlar. ("Report")


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X