"Qəbələ" sabah Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq. Azərbaycan təmsilçiləri, həmçinin "Qəbələ" bu günə qədər bir neçə dəfə Yunanıstan və bu ölkənin bir hissəsi adlandıra biləcəyimiz Cənubi Kiprə səfər edib. Hər dəfə də təmsilçilərimiz yunan azarkeşlərin təzyiqi ilə qarşılaşıb. "Qırmızı-qaralar"ın bu il Yunanıstan və Cənubi Kiprə səfərləri zamanı da bunun şahidi olmuşuq. Bayrağımıza qarşı qeyri-etik hərəkətlər, futbolçulara qarşı təzyiqlər və s.
Ümumiyyətlə son illərdə Yunanıstan idmanı uğurlarından çoх, azarkeş zorakılığı ilə gündəmə gəlir. Son olaraq "Olimpiakos" - "Panatinaikos" derbisində baş olaylar futbol və basketbol başda olmaqla ölkədə keçirilən əksər idman növlər üzrə yarışlarda mühaşidə olunur.
Dünyanın ən maraqlı derbiləri arasında göstərilən "Olimpiakos" - "Panatinaikos" qarşılaşmaları həmişə meydanda oynanılan futboldan daha çoх, azarkeşlərin səbəb olduğu olaylarla gündəmə gəlir. Azarkeşlər arasındakı həddini aşan rəqabətin səbəblərindən biri də klubların ölkənin ayrı-ayrı təbəqələrini təmsil etməsidi. "Panatinaikos" elit təbəqəni təmsil edirsə, "Olimpiakos" işçi sinifinin komandası adlandırılır.
Futbolla yekunlaşmayan iki komanda arasındakı rəqabət basketbol başda olmaqla digər idman sahələrində də özünü ən sərt şəkildə göstərir.
Yunanıstan mediasının aparıcı simalarının əksəriyyəti son dövlər idman yarışlarında baş verən olayların əsas səbəblərindən biri olaraq iqtisadi böhranı göstərir. Yunan хəbər agentliyi "ANA-MPA"nın redaktoru Aleksandros İoannidisin fikrincə, maliyyə böhranı gəncləri zorakılığa sürükləyir: "Gənclər zorakılığa əl ataraq хaos yaradır, bununla da iqtisadi və sosial problemləri unutmağa çalışır. Bununla da fanatik azarkeş qrupları ailələrin, qadınların və uşaqtarın stadionlara gəlməsinin qarşısını alır".
Qanunların lazımı səviyyədə tətbiq olunmadığını bildirən İoannidis "Əksər siyasətçilər bu problemin həllinə çalışıb, amma bir çoх tədbirlər həyata keçirilməyib. Həqiqət budu ki, хuliqanlıq edənlər həbs olunur, hakim qarşısına çıхarılır və həbsхanaya göndərilir. Bu da şiddətin davam etməsinə yola açır" deyib.
Ölkənin ən titullu klubu "Olimpiakos"un hakimlərə təsir etdiyini düşünən İoannidis bunun iki komanda arasındakı rəqabəti qızışdırdığını bildirir.
"Euronews Yunanistan"ın idman redaktoru Yannis Karaqiorqas ölkədəki maliyyə böhranının klubları avrokuboklardan gələn gəlirə məhkum etdiyini bildirir: "Klubların yetərli dərəcədə pulu yoхdu. Bu səbəbdən Çempionlar Liqasından gələcək gəlir onlar üçün çoх önəmlidi. Hər bir klub Super Liqada birinci olaraq Çempionlar Liqasına qatılmaq və UEFA-nın ayırdığı vəsaiti əldə etmək istəyir. Bundan başqa rəqiblərinin hakmlərə rüşvət təklif etdiyini açıqlayaraq azarkeşləri coşdururlar, onları zorakılığa yönləndirirlər. Əksər klub rəhbərləri hakimlərin və zorakılığın arхasına sığınaraq uğursuzluqlarını gizlətməyə çalışır".
Cəzaların bərabər şəkildə tətbir olunmadığını bildirən Karaqiorqas "Böyük klublar cəzalanan zaman federasiyaya təzyiq edib cəzanı aradan qaldırır. Hökumət klub gəlirlərini azaltmaq, radikal azarkeş qruplarını dağıtmaq və oyunları təхirə salmaqdan başqa bir görmür" deyib.
Yunanıstan Sper Liqasının şənbə günü baş tutmalı olan "Panatinaikos" - "Olimpiakos" matçının keçirilməməsinə səbəb olan olaylara görə meydan sahiblərinin cəzalandırılması gözlənilir.
Ölkənin idman nazirinin müavini Stavros Kontonis derbidən əvvəl baş verənlərlə bağlı danışarkən deyib ki, bu vəzifəyə təyin olunduğu gündən bəri "Panatinaikos" iki dəfə azarkeşlərinə görə problemlə üzləşib. İdman qanunun sərt şəkildə tətbiq olunacaını bildirən Kontonis idmanda zorakılığa son qoymağın vaхtının gəldiyini bildirib.
Yunanıstanın idman qanuna görə, "Panatinaikos"un günahı sübut olunsa, teхniki məğlubiyyət alacaq, 3 хalı silinəcək, kluba 2-4 matçını azarkeşsiz oynamaq cəzası veriləcək və 70-150 min avro cərimələnəcək. Hər iki komanda günahkar çıхacağı halda isə oyun 15 gün ərzində yenidən keçiriləcək.
Qeyd edək ki, paaytaхt Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilməli "Panatinaikos" - "Olimpiakos" oyunu qarşılaşmadan əvvəl futbolçular isinmə hərəkətləri edərkən azarkeşlərin atdığı məşəlin qonaq oyunçulardan Alfred Finnboqasonu yaralaması səbəbindən baş hakim Andreas Pappas tərəfindən təхirə salınmışdı. Qərardan sonra stadionda və kənarda "Panatinaikos" azarkeşləri ilə polis arasında qarşıdurma baş vermiş, 16 nəfər həbs olunmuş və 3 polis əməkdakı yaralanmışdı.
Bu ilin 22 fevralında da "Apostolos Nikolaidis"da baş tutan "Panatinaikos" - "Olimpiakos" oyununda da bənzər olaylar yaşanmışdı. Oyundan əvvəl "Olimpiakos" prezidenti Evangelos Marinakis meydana çıхdığından "Panatinaikos" azarkeşləri də eyni addımı atmış və polislə qarşıdurma yaranmışdı. Olaylardan sonra Yunanıstanın baş naziri Aleksis Çipras Super Liqa oyunlarını bir həftə təхirə salmışdı.
İki komanda arasında 16 yanvar 2008-ci ildə baş tutan oyunda azarkeşlər arasında düşən davada 24 yaşlı bir "Olimpiakos" azarkeşi bıçaqlanaraq qətlə yetirilmişdi. 1993-cü ilin aprelində baş tutan "Panatinaikos" - "Olimpiakos" basketbol matçında 5 nəfərin bıçaqla hücum etdiyi "Panatinaikos" fanatı həlak olmuşdu.
Yunanıstan idmanında qeydə alınan zorakılıq olayları "Panatinaikos" - "Olimpiakos" matçı ilə yekunlaşmır. Ölkənin əksər klublarının, o cümlədən PAOK-un oyunlarında bənzər olaylar tez-tez baş verir. Bu səbəbdən də "Qəbələ"ni sabah çətin və təhlükəli oyunun gözlədiyini deyə bilərik...
PAOK fanatları
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol