"Qəbələ"nin futbolçusu Aleksey Antonov Avropa Liqasının qrup mərhələsinin V turunda Yunanıstanda PAOK-la keçirilək oyundan öncə fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu bu gün baş tutan mətbuat konfransında bunları deyib:
"Mübarizə əhval-ruhiyyəsindəyik və başa düşürük ki, geri çəkilmək olmaz. Sona qədər mübarizə aparmalıyıq. Hesab bilsəm deyərdim. Bizim üçün çətin olacaq. Çünki həm hücum, həm də müdafiədə güclü olmalıyıq. Oyuna yaxşı köklənmişik. Hamı kimi, mən də başa düşürəm ki, qələbə qazanmalıyıq. Başa düşürük ki, rəqibimiz güclüdü. Düşünürəm ki, sabah çox maraqlı oyun baş tutacaq".
Fanat.az