14:42 30.05.2013 994

“Barselona”nın baş məşqçisi Qəbələdən danışdı

II Qəbələ kuboku turnirində iştirak edən “Barselona”nın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Fransesk Artiqa Sebrianın apasport.az saytına müsahibəsi

- Turnir haqda fikirlərinizi bilmək istərdik... 

- İlk dəfə Azərbaycana, Qəbələyə gələcəyim deyilən zaman təəssüratım yox idi. Bura gələndən sonra doğrudan da çox təəccübləndim. Bir çox ölkələrin keçirdiyi turnirlərdə belə meydançalar görməmişəm.

- Yəqin ki, “Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Luis Araqonla söhbət etmişdiniz. O, sizə ölkəmiz haqda nəsə demişdi? 

- Gələnə qədər Azərbaycan haqda geniş məlumata malik deyildim. Ancaq Luisin dediyinə görə, Azərbaycanda idmana dövlətin qayğısı var. Belə təşkilatçılıqla Azərbaycanda bir çox dünya miqyaslı turnirlər keçirmək mümkündür.

- Az öncə “Qəbələ”yə qalib gəldiniz. Bizim futbolçular sizə hansı cəhətdə məğlub oldular? 

- “Qəbələ” ilk hissədə çox yaxşı oynadı. Bizə qarşı oynayan komandalar daha çox müdafiəyə fikir verdiyi halda, “Qəbələ”də belə deyildi. Hücumu fikirləşən bir komanda gördüm. İkinci yarıda hər 2 komanda yorğun idi. Ancaq biz rəqibə yalnız texniki cəhətdən qalib gələ bildik.

- Necə etmək olar ki, azərbaycanlı futbolçu “Barselona”nın aşağı yaş qruplarına düşsün? 

- İspaniyada 45 milyon insan olduğu üçün elə ölkəmizdən futbolçu seçməyə üstünlük veririk. Əgər əskiklik varsa, o zaman ölkə xaricindən futbolçu axtarırıq. Fikrimcə, bizim oyun üslubunu tətbiq etsələr, onda klublarınızda aşağı yaş qrupları daha tez inkişaf edər.

- Bunu neçə yaşdan tətbiq etmək lazımdır? 

- Madriddə, Romada, Bakıda yaşayan uşaqlar ola bilər. Onları valideynindən ayırıb Barselonaya gətirmək üçün bu yaş 12 olmalıdır. Futbol çox önəmlidir. Ancaq 12 yaşdan aşağı olanları valideynindən ayırsaq, o öz təhsilindən uzaq düşə bilər.

- Sizin bombardiriniz Li və digər cənubi koreyalı futbolçu “Barselona”ya necə düşüb? 

- Bizim seleksionerlərimiz onları bir turnirdə görmüşdü. “Barselona”nın Koreya Futbol Federasiyası ilə əməkdaşlığı olduğu üçün həmin oyunçuları ailələri ilə birgə Barselonaya dəvət etmişdik. Bizdə futbolçunu bəyəndiksə, onu o dəqiqə akademiyamıza dəvət etmək kimi bir şey yoxdur. Əvvəlcə federasiya və futbolçunun ailəsi ilə anlaşma bağlayırıq. Razılıqdan sonra futbolçunu heyətimizə cəlb edirik.

- Futbolçunu neçə yaşdan sonra heyətə götürmürsünüz? 

- Kataloniya bölgəsində 7 yaşdan futbolçunu götürürük. İspaniyanın digər bölgələrində isə bu yaş limiti 11-dən başlayır. Ölkə xaricindən isə 13-14 yaşdan yuxarı futbolçuları heyətimizə qatırıq. Li kimi futbolçuya “Barselona”da oynamaq çətindir. Çünki yeni bir ölkəyə gəlib.

- Adətən turnirlərdə 2 məqsəd olur: ya qalib gəlmək, ya da yaxşı oyun göstərmək. Sizin turnirdə əsas məqsədiniz nədir? 

- Əsas məqsədimiz oyunçu yetişdirməkdir. “Barselona”nın əsas komandasının sərgilədiyi futbolu aşağı yaş qruplarında da təkrarlamaq istəyirik. Bax, əsas məqsədimiz budur. Bütün aşağı yaş qrupundan olan oyunçularımız bilməlidir ki, hər zaman “Barselona” qalib gəlməlidir. Qalib gələndə də öz oyunumuzu göstərib udmalıyıq. Məsələn, deyə bilərəm ki, bu gün “Qəbələ2yə qalib gəlsək də, öz oyunumuzu göstərə bilməmişik. Bu üzdən mən bu qələbədən məmnun deyiləm.

- Dediniz ki, bura gələnə kimi ölkəmizi elə də tanımırdınız. “Bakı” - “Atletiko” oyunundan da xəbəriniz yox idi? 

- Hə, bunu bilirdim. İndi yadıma düşdü (gülür).

- “Barselona”nın Akademiyasının sabiq üzvü bizim klublarından birində oynayıb. Həmin futbolçunun kim olduğunu bilirsiniz? 

- Bilirəm ki, İspaniya çempionatında oynamış futbolçulardan bəziləri burda oynayıb. Ancaq adlarını xatırlamıram.

- Mario Rosası xatırlamırsınız? 

- Hə, düzdür, düzdür. Rosas “Barselona”nın yetirməsidir.

- Luis Araqonla birgə Qəbələdə seminar demiş və Rosas kimi “Xəzər Lənkəran”da olmuş Karles Martorell də sizə tanış deyil? 

- Bura gəlməmişdən qabaq bunu bilirdim. Con Toşak məhz onun yerinə gəlib.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X