Topaz Premyer Liqasının 14-cu turunda AZAL "Sumqayıt"ı qəbul edir. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin sonlarına yaxın matçda gərgin anlar yaşanıb.
Bu, "təyyarəçilər"in futbolçusu Ruslan Nəsirlinin "kimyaçılar"a vurduğu qoldan sonra baş verib. Belə ki, qoldan əvvəl "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov öz futbolçusu ilə mübarizədə rəqibin üzvünə bir az yavaş oynamasını deyib. Az sonra isə Ruslan qol vuraraq, qonaqların ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, "susun" işarəsini göstərib. Bu isə qalmaqala səbəb olub.
Oyun başa çatandan sonra isə Nəsirov Samir Abbasovdan üzr istəyib.
Fanat.az