Bəhmən Həsənov "Qəbələ" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi
"Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadı. Qələbəni niyə əldən verdiyimizi deməyəcəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol